parlaq işıq

ру яркий свет en glare de Blendung fr éblouissement es deslumbramiento it abbagliamento
parıltı
parlaqlığın azalması
OBASTAN VİKİ
İşıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir. Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380–780 nanometr dalğa uzunluğuna və yaxud 789–385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C. Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
Parlaq Zəka
Parlaq Zəka — intellektual şousu. Rusiyanın Birinci kanalında 20 ildən çox yayımlanan məşhur "Умницы и умники" layihəsinin ölkəmizdəki populyarlığı, onun gənclərin formalaşmasında, onların intellektual və emosional inkişafındakı müsbət rolunu nəzərə alaraq yaradılan lisenziyalı analoqudur. Veriliş Synergy Group OJSC-nin dəstəyilə hər bazar günü saat 11:00-da “Azərbaycan” Dövlət Televiziya Kanalı-nın efirində yayımlanır. Təkrarı isə cümə axşamı saat 22:00-da efirdə olur. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevdir. 2016-cı ildə maliyyə problemləri ucbatından Synergy Group şirkəti sponsorluqdan imtina etmiş və verilişin yayımı dayandırılmışdır. Buna baxmayaraq "Parlaq Zəka" intellektual oyunu üzrə məktəblilərarası çempionatlar keçirilmişdir. “Parlaq Zəka” milli humanitar olimpiadasının məqsədi Azərbaycan gəncliyinin inkişafına töhfə vermək, gənclərin bilik səviyyəsinin, zehni inkişafının təmin etmək, dünyagörüşünü zənginləşdirmək, elmi bilikləri təşviq, Azərbaycanın və dünya ölkələrinin ümumbəşəri elmi və mədəni dəyərlərinin gənclər arasında təbliğ edilmək, natiqlik qabiliyyətinin inkişaf etdirmək, onların müvafiq ali təhsil müəssisəsinə qəbul olunmasına və peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərməkdən ibarətdir. İştirakçı olaraq respublika ali təhsil müəssislərinin bakalavr pilləsinin tələbələri seçilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, abituriyent mərkəzləşdirilmiş qaydada keçirilən imtahanları vermədən ali təhsil müəssisəsinə qəbul edilə bilməz.
Parlaq birgöz
Parlaq birgöz (lat. Ligustrum lucidum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. Təbii halda Çində, Yaponiyada və Koreyada bitir. Hündürlüyü 6 m-ə çatan, şaxələnmiş çətirli koldur. Yarpaqları 15 sm uzunluqda olub, uzunsov-yumurtavari, kənarlardan nisbətən burulmuş formada, üstdən tünd yaşıl, altdan açıq yaşıl rəngdə, parlaqdır. Çiçəkləri ətirli, ağ rəngli, oturaq və uzunluğu 18 sm olan süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi may ayında başlayır və təxminən 3 ay davam edir. Meyvələri xırda, tünd göy rəngli, yumru və ya yumurtaşəkilli, sentyabr-oktyabr aylarında yetişir. Torpağa tələbkar, istisevən və kölgəyə davamlıdır. Rayonlarda park və bağlarda rast gəlinir.
Parlaq dovşanalması
Parlaq dovşanalması (lat. Cotoneaster lucidus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Şərqi Sibirdə (Altay dağları) yayılmışdır. Hündürlüyü 2-3 m, çətirinin diametri 2,5 m-dək olan, yarpağı tökülən, düz dayanan, enli, sıx budaqlı koldur. Zoğları əvvlcə sıx tükcüklü, sonra çılpaq, çəhrayı-qonurdur. Yarpaqların uzunluğu 2-7 sm, yumurtavari, ellipsvaridən ovaladək, yumru bünövrəli, ucu biz, üstü parlaq, çılpaq, çox tünd yaşıl, alt tərəfi tutqun, yapışıq və cod tükcüklü, payızda qırmızı-bənövşəyi və açıq qonurdur. May-iyunda 30 gün çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı-ağ, 5-15 ədəd seyrək qalxanlarda yerləşir. Kasacığı çılpaq və ya təxminən çılpaqdır. Ləçəkləri düz dayanan, xırda, əks-yumurtavaridir.
Parlaq kledoxeta
Parlaq kledoxeta (Cladochaeta candidissima) — Cladochaeta candidissima IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sıx yarpaqlı, aşağı hissədən sərilən, 15–40 sm hündürlükdədir. Yarpaqları bir qədər ətlidir, oturaq, uzunsovdur. Səbəti tərs –konsşəkilli, 7–10 mm uzunluğunda, sıx qalxanda toplanmışdır. Çiçəkləri sarıdır. Örtüyü kirəmitşəkilli, kənarları zarlı, sarımtıl, parlaq, təpə hissədən kütdür. Toxumları 2 mm uzunluğunda, ensiz uzunsov, qəhvəyi, çılpaqdır. Çiçəkləməsi iyun-avqust, meyvəverəsi iyul-sentyabr aylarına təsadüf edir.
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Parlaq pişikotu
Volqa pişikotu (lat. Valeriana wolgensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin pişikotu cinsinə aid bitki növü.
Parlaq qırğı
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Parlaq qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Parlaq soğan
Parlaq soğan (lat. Allium splendens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Parlaq susüpürən
Parlaq susüpürən (lat. Sterna sumatrana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Parlaq söyüd
Parlaq söyüd (lat. Salix lucida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Diplima lucida (Muhl.) Raf. Pleiarina lucida (Muhl.) N.Chao & G.T.Gong Salix pentandra var.
Parlaq İmzalar
Parlaq şalfey
Parlaq әtirşah
Parlaq әtirşah (lat. Geranium lucidum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Hündürlüyü 15-35 sm, gövdəsi düz və yaxud əyilib qalxandır, yarpaqlar parlaq, çılpaq, qonurtəhər, daha sonra qızarandır. Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, aşağı gövdə yarpaqları görünüşünə görə böyrəkşəkillidir, hissələri əksinəyumurtaşəkillidir, yuxarı hissədə dəyirmiləşmiş və dayaz dairəvi dişlərə kəsilmişdir; yarpaq ayası üst tərəfdən və kənarlardan basıq tüklüdür, daha sonra qızarandır. Yalançı zoğları neştərvaridir, sivriləşmişdir. İkiçiçəkli çiçək saplağının uzunluğu 2-4 sm-dir, meyvə vermə dövründə əyilmiş şəkildə olur. Ləçəkləri çəhrayı rənglidir, əksinəyumurtaşəkilli-uzunsovdur, təpə hissədə dəyirmiləşmişdir. Meyvəsinin tayları arxa tərəfdə torvari qırışlıdır. Toxumları hamardır. Aprel-iyun aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.
Görünən işıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir. Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380–780 nanometr dalğa uzunluğuna və yaxud 789–385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C. Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
Monoxromatik işıq
Monoxromatik işıq (q.yun. μόνος – tək; χρῶμα – rəng) — gözdə hiss olunan tezliklər diapazonunun müəyyən sabit tezliyi ilə xarakterizə olunan elektromaqnit dalğası. Başqa tezlikli elektromaqnik dalğaları (infraqırmızı, ultrabənövşəyi və s. şüalar) fiziki təbiətinə görə görünən işıq dalğalarından fərqlənmir və "monoxromatik" termini onlar üçün də işlədilir. Nəzəri hesablamalara görə ciddi monoxromatik dalğaların şüalanma müddəti sonsuz böyük olmalıdır. Real şüalanma prosesləri isə sonlu olduğundan onlar yalnız kiçik tezliklər intervalında "monoxromatik" qəbul edilir. Sərbəst qaz atomlarının ayrı-ayrı spektral xətləri monoxromatik işığa uyğundur. İşığı monoxromatik işığa yaxən dar spektral intervallara bölən cihaz monoxromator adlanır. Bəzi lazerlər vasitəsilə şüaların spektral intervalı atomun spektr xətlərininkindən ensiz olan monoxromatik şüalar almaq mümkündür.
Polyarlaşmış işıq
Polyarlaşmış işıq-elektrik vektoru (yaxud maqnit vektoru), işığın yayılma istiqamətinə perpendikulyar müstəvidə bütün istiqamətlərdə eyni cür olmayan işıqdır. Təbi işıq-elektrik vektoru (yaxud maqnit vektoru), işığın yayılma istiqamətinə perpendikulyar müstəvidə bütün istiqamətlərdə eyni cür olan işıqdır. İşığın kimyəvi, bioloji, fizioloji və s. təsirləri əsas etibarı ilə elektrik vektoru ilə baş verir ona görə də polyarlaşma hadisəsində və onun izahında həmişə elektrik vektorundan bəhs edəcəyik(E). Müstəvi polyarlaşmış işıq-elektrik vektorunun rəqsləri yalniz bir istiqamətdə baş verən rəqslərdir. Qismən polyarlaşmış işıq-E vektorlarının rəqs istiqamətlərindən biri qalan istiqamətlərə nəzərən üstünlük təşkil edən işıqdır. Polyarizator-tərəflərindən biri kristal oxuna paralel olmaq şərti ilə kəsilmiş kristaldır(məsələn:turmalin)ki, işıq dəstəsi ondan kecdikdə xətti(müstəvi)polyarlaşmış işıq olur. İşığın polyarlaşması-işıq dalğalarının eninə dalğalar olduğunu təsdiq edir.Eninə dalğalar-yayılma istiqaməti rəqslərin yaranma istiqamətinə perpendikulyar olan dalğalardır. Analizator-polyarlaşmış işıgın qarşısına qoyulan polyarizatordur.Analizaroru fıratdıqda ekranda işığın intensivliyi dəyişir. Kristalların oxları bir-birinə paralel olduqda işıqlanma maksimum, perpendikulyar olduqda isə minumum olur.İşıq adi güzgüdən qayıtdıqda və polyaroid adlanan löhvədən qayıtdıqda da polyarlaşır.
Zodial işıq
Zodial işıq — gecə səmasında ekliptik və ya zodiak boyunca Günəş ətrafından uzanan, zəif, diffuz və təxminən üçbucaqşəkilli ağ parıltıdır. Zodial buluddakı planetlərarası tozdan səpələnmiş Günəş işığı bu hadisəyə səbəb olur. Zodial işıq, yaz aylarından Günəş batdıqdan sonra və payizda Günəş doğmazdan əvvəl toranlıq zamanı, zodiak üfüqə perpendikulyar olduqda yaxşı görünür. Bununla belə, parıltı o qədər zəifdir ki, ay işığı və / və ya işıq çirkliliyi onu görünməz edir. Zodial işığın Günəşdən uzaqlaşdıqca intensivliyi azalır, təbii olaraq qaranlıq göylərdə ekliptika ətrafında zolaq kimi görünür. Əslində, zodial işıq bütün göyü əhatə edir və aysız, aydın gecədə ümumi təbii işıqlanmanın əsas hissəsini təşkil edir.. Bir başqa fenomen — günəşə zəif, lakin bir az daha parlaq, oval parıltı — Günəşin qarşıdurmasının tam əksinədir. Günəş sistemindəki toz kütləvi şəkildə zülf edən bulud kimi tanınan, ekliptika müstəvisini əhatə edən, pankek şəklində bir bulud əmələ gətirir. Toz hissəciklərinin diametri 10 ilə 300 mikrometr aralığındadır, kütləsi isə ən çox i 150 ​​mikroqram aralığındadır. Zodial işıq, üfüqdə daha parlaq ekliptikaya doğru əyilmiş bir sütun kimi görünür.
İşıq (albom)
İşıq — H.O.S.T qrupunun üzvü Qaraqanın II. solo studiya albomu. Albomun icraçı prodüserləri Muzzi Bacdafucup və az-ya; səs uzlaşması müəllifləri Vusal Beat Pro, PRoMete və Nağd Pul qrupunun üzvü Nadir; vokalı Ayseldir. Yazılış Buta Filmə, tərtibat Creative SHAMANS Bureau-ya məxsusdur.
İşıq (dəqiqləşdirmə)
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanma. Həmçinin bu mənalara gələ bilər: İşıq (albom) — H.O.S.T qrupunun üzvü Qaraqanın II solo studiya albomu. İşıq (qəzet, 1911) — Azərbaycanın ilk qadın qəzeti. İşıq (qəzet, 1930) — Azərbaycanın Şirvan şəhərində çap olunan regional qəzet. İşıq (qəzet, İraq) — İraqın Kərkük şəhərində ərəbcə və türkcə nəşr edilən qəzet.
İşıq (jurnal)
"İşıq" qəzeti — Azərbaycan milli mətbuatında ilk maarifçi qadın qəzeti. XIX əsrin 70-ci illərindən yaranmış olan Azərbaycan milli mətbuatı sonrakı dövr ərzində inkişaf etmiş və milli mətbuat xalqın ictimai-siyasi , mədəni-ideoloji həyatının mühüm tərkib hissəsi olmaqda davam etmişdi.Xüsusilə XX əsrin əvvəllərindən, ictimai şüurun inkişafı nəticəsində qadın mətbuatının yaranması, qadın söz azadlığına şərait yaradılması üçün ictimai proseslər inkişaf etmişdi. XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqları uğrunda mübarizə aparmağa başladığı dövrdür.Bu dövrdə əsas rol oynamış maarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. Hənifə xanım Məlikova, Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Şərqiyyə xanım Axundova, Səkinə xanım Axundova, Səltənət xanım Əmircanova, Rəhilə xanım Hacıbababəyova, Qəribsultan xanım Xanlarova və Ayşə xanım Hacıqasımova kimi maarifçi xanımların əsasə məramı təhsil almaq istəyən müsəlman qızların təhsil almasına şərait yaradılması idi. Maarifçilik ideyalarının cəmiyyət arasında artdığı dövrdə, İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifaqını istedadlı pedaqoqlarMəryəm Bayraməlibəyova və Rəfiqə Əzimzadə təşkil edə bildi. 1905-ci ildə Bakıda Əminə xanım Batrişina əmək fəaliyyətinə başladı. O, Rusiya müsəlman qadınları arasında ilk diplom əldə edən həkim idi. 1908-ci ildə Sona xanım Rəhimova-Vəlixan Peterbuqda qadın tibb institutunu bitirən ilk azərbaycanlı qadın kimi tarixdə qaldı. Qəzetin məramı qadınlar arasında maarifçiliyi yaymaq, müsəlman qızların təhsil almasına şərait yaratmaq, savadsızlığı aradan qaldırmaq idi. 1911-ci il yanvarın 11-dən,1912-ci ilin sonuna kimi nəşr olunmuşdur 68 sayı işıq üzü görmüşdür.
Qara işıq
Qara işıq lampası və ya Vud lampası (ing. Black light, Wood's light), ultrabənövşəyi işıq lampası — modeldən asılı olaraq bir-birindən fərqli diapazonlu uzun dalğalı (ən "yumşaq", görünən işığa ən yaxın) ultrabənövşəyi (UVA) işıq yayan flüoressens, qövsvari və ya LED lampadır. Kvars lampalardan fərqli olaraq, nisbətən zəif görünən parıltıya (bəzən ümumiyyətlə görünmür) malikdir və daha aqressiv ultrabənövşəyi diapazonlar yaymır: UVB (günəşdən qaralma və dəri yanıqlarına cavabdehdir) və UVC (kvars lampası radiasiyasının mikroorqanizmlərə sürətli zərərinə, insanın gözlərinə və dərisinə təsirinə görə cavabdehdir; günəş UVC-si isə yer səthinə gəlib çatmır). Bir çox digər lampalar görünən işıqla eyni vaxtda ultrabənövşəyi şüalar yaysa da, görünən işıq olmadan UV işığı tələb olunduqda, xüsusən də bir çox maddələr ultrabənövşəyi şüalanmaya məruz qaldıqda ortaya çıxan flüoressensliyi müşahidə edərkən qara işıq lampası lazımdır. "Qara işıq" lampası dekorativ və bədii işıq effektlərində, tibbdə diaqnostik və müalicəvi məqsədlərlə, flüoressens boyalarla xüsusi işarələnmiş maddələrin aşkarlanmasında (məsələn, əskinaslarda), həvəskar və peşəkar mineralogiyada mineral ovçuluğu, saxta pulların aşkarlanmasında, plastik qatranların bərkidilməsi, həşəratların cəlb edilməsi və soyuducu sızmasının aşkar edilməsində istifadə olunur. Belə lampalar adi flüoressens lampalarla eyni prinsiplərə uyğun olaraq hazırlanır. Yeganə fərqi qara işıq lampalarının istehsalında xüsusi lüuminoforun istifadə edilməsi və (və ya) şəffaf şüşə lampanın əvəzinə tünd qara lampa, kobalt və ya nikel oksidi qatqıları olan mavi-bənövşəyi uvio şüşə istifadə edilir. Belə şüşə Vud şüşəsi adlanır (ing. Wood's glass) və dalğa uzunluğu 400 nmdən çox olan görünən işığı ötürmür. Kriminalistikada lampa işığında flüoressensləşən qan, sidik, sperma və ya tüpürcək izlərini aşkar etmək üçün; Əskinasların həqiqiliyini müəyyən edərkən (bir çox müasir əskinaslarda flüoressens işarələr var); Tibbdə dermatoloji yaraların təyinində, xüsusən də göbələk infeksiyalarının və trixofitozun aşkarlanmasında.
Ağ işıq
Ağ işıq — Dalğa uzunluğu butun işıqların dalğa uzunluqlarından ibarət olan şüaya ağ şüa və ya ağ işıq deyilir. Ağ işığın tərkibində insan gözü ilə görünən 7 şüadan başqa infraqırmızı və ultrabənövşəyi şüalar da var. Qızdırılmış dəmir infraqırmızı şüa şüalandırır. Ağ işıq prizmadan keçdikdə rəngli spektr yaranır, çünki prizma işığı parçalayır.